AZ

Şəkidə yol qəzası olub, xəsarət alanlar var - FOTO

Şəkidə yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Oraban kəndindən baş verib.

1994-cü il təvəllüdlü Şəki rayon sakini Nicat Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü N. Hacıhüseynov və avtomobildə olan sərnişin 1999-cu il təvəlllüdlü Şəki rayon sakini Pərvanə Güləhmədova xəsarət alıblar.

Onlar Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şəkidə Şəkidə Şəkidə
Seçilən
0
7
apa.az

10Mənbələr