AZ

Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Oraban kəndində baş verib.

1994-cü il təvəllüdlü Şəki rayon sakini Nicat Natiq oğlu Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü N. Hacıhüseynov və avtomobildə olan sərnişin 1999-cu il təvəlllüdlü Şəki rayon sakini Pərvanə Eldar Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
7
anews.az

10Mənbələr