Şəkidə yol qəzası olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Oraban kəndindən baş verib. 1994-cü il təvəllüdlü Şəki rayon sakini Nicat Natiq oğlu Hacıhüseynovun idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü N. Hacıhüseynov və avtomobildə olan sərnişin 1999-cu il təvəlllüdlü Şəki rayon sakini Pərvanə Eldar Güləhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta