İsrail Nazirlər Kabineti Qəzza zolağının qalan ərazisi üzərində nəzarətin təmin olunması üçün əməliyyatın başlanmasını təsdiqləyib.
Bu barədə "Euronews” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, mart ayının ortalarında İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri İsrail ordusu anklav ərazisinin təxminən 50 %-i üzərində nəzarəti saxlayır.
Mənbələrə görə, hökumət mayın 5-də səhər əməliyyatın başlanmasının lehinə səs verib. Plan bütün ərazi üzərində nəzarətin təmin edilməsini və İsrail ordusunun anklavda qeyri-müəyyən müddətə qalmasını nəzərdə tutur.
"Əvvəlki əməliyyatlardan fərqli olaraq, İsrail qüvvələri geri çəkilməyəcək və daimi nəzarət üçün qalacaqlar", - mənbələr qeyd ediblər.