AZ

İsrail Qəzzada əməliyyata başladığını təsdiqlədi

İsrail Nazirlər Kabineti Qəzza zolağının qalan ərazisi üzərində nəzarətin təmin olunması üçün əməliyyatın başlanmasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Euronews” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, mart ayının ortalarında İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri İsrail ordusu anklav ərazisinin təxminən 50 %-i üzərində nəzarəti saxlayır.

Mənbələr bildiriblər ki, hökumət mayın 5-də səhər əməliyyatın başlanmasının lehinə səs verib. Bu, İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan on minlərlə hərbçisinin çağırılması barədə məlumat yayıldıqdan bir neçə saat sonra baş verib. Plan bütün əraziyə nəzarətin təmin edilməsini və İsrail ordusunun qeyri-müəyyən müddətə anklavda qalmasını nəzərdə tutur.

“Yeni plan İsrailin HƏMAS-ı məğlub etmək və Qəzzada saxlanılan girovları azad etmək kimi hərbi məqsədlərinə çatmasına kömək etmək üçün nəzərdə tutulub”, – mənbələr qeyd edib.

Seçilən
0
6
konkret.az

7Mənbələr