Qarabağda əldə edilən Zəfər qələbəsindən çox fotolar var. Lakin bu foto mənə görə ən gözəllərindən biridir
Şuşa azad olunandan sonra Azərbaycanın qalib əsgərinin binanın divarına yazdığı söz: “Veni, vidi, vici” - “gəldim, gördüm, qələbə qazandım"
Qeyd edim ki, Yuli Sezar və Pontus kralı Farnake Zile yaxınlığında baş verən döyüş Roma ordusunun qələbəsi ilə başa çatır
Qay Yuli Sezar bu qələbəni “Veni, vidi, vici”, yəni “gəldim, gördüm, qələbə qazandım” sözləri yazılan məktubu Romaya göndərərək müharibədə qalib olduğunu bildirir.
Qarabağ müharibəsi zamanı da Azərbaycan əsgəri bu üç sözlə Qələbəni bizə xəbər vermişdi..
Əvvələr bütün yollar Romaya aparırdı. İndi ancaq bir yola gedir. ŞUŞAya...