AZ

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının fransız və urdudillərində nəşrlərinin təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyəti vəuniversitetin birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi.Şəxsiyyət faktoru" kitabının fransız və urdu dillərində nəşrlərinintəqdimatı keçirilib.

Trendxəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumatyayıb.

Bildirilib ki, tədbirdə BŞİH-nin məsul əməkdaşları,universitetin müəllim, magistr, tələbələri və digər qonaqlariştirak ediblər.

Tədbirin əvvəlində vətənimizin azadlığı, müstəqilliyi və ərazibütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru, akademikKamal Abdulla Vətən müharibəsindən keçən dövr ərzində möhtəşəmzəfərə həsr edilən kitablar, salnamələr yazılıb, filmlər çəkilib.Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsi olanvə 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan bu kitabartıq on dildə çap edilib və bu gün kitabın fransız və urdudillərində nəşrinin təqdimatı keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi,humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elminİmanov bildirib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkəbaşçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlikqabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət faktoruamilini bir daha sübut edir. Kitabda həmçinin Heydər Əliyev Fonduvə onun rəhbəri, Azərbaycan Respublikasının BirinciVitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqlarınbərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yeralıb.

Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu vəekspertlərin böyük marağına səbəb olub. Ona görə də onun davamıolaraq “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyününbərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab da işıq üzü görüb.Yeni kitabda ölkəmizin suverenliyinin bərpası, işğaldan azad edilənərazilərdəki geniş quruculuq işləri, keçmiş məcburu köçkünlərin özdoğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələrin əksinitapıb. Artıq bu kitabın da ingilis, rus, türk dillərinə tərcüməsinəbaşlanılıb.

Toplantıda çıxış edən Universitetin Fransız dili leksikologiyasıvə üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova, Pakistan dilivə mədəniyyət mərkəzinin rəhbəri Athar Mahmood və digərləri kitabındünya ictimaiyyətinə çatdırılması üçün bir çox dillərdə çapedilməsinin əhəmiyyətindən danışıblar. Sonra Fransız dilileksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi KəmaləKərimova və ADU-nun magistr və bakalavr tələbələri video-slaydlarlakitabın ətraflı təqdimatını təqdim ediblər.

“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
“Vətən
Məqalədə:
Seçilən
0
50
az.trend.az

10Mənbələr