AZ

“Necə deyə bilərsən ki, əlini aşağı sal?”

Azərbaycan Premyer Liqasının XXXII turunun “Kəpəz” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq.

– “Zirə”dən xal ala bilməmisiz, hətta qol da vura bilməmisiz. Bu, nə ilə bağlıdır?

– Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.

– Hakimlərlə bağlı fikriniz necədir?

– Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal… Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?

– Növbəti mövsümün planlarını cızmağa başlamısız?

– Bu barədə heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir.

– Rumıniya mətbuatının yazdığına görə, “Kəpəz” baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?

– Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki… 

Şahin Cəfərov 

Seçilən
7
4
futbolpress.az

8Mənbələr