AZ

“Qol epizodlarını dəyərdəndirə bilmədik” – Azər Bağırov

“Kəpəz” Misli Premyer Liqasının 32-ci turunda Tovuz şəhər stadionunda “Zirə”yə 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq.

– “Zirə”dən xal ala bilməmisiz, hətta qol da vura bilməmisiz. Sizcə, bunun səbəbi nədir?

– Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.

– Hakimlərlə bağlı fikriniz necədir?

– Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal… Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?

– Növbəti mövsümün planlarını cızmağa başlamısız?

– Bu barədə heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir. 

– Rumıniya mətbuatının yazdığına görə, “Kəpəz” baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?

– Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki.

Seçilən
5
4
idmanxeber.az

8Mənbələr