Lənkəran rayonunun Nərimanabad qəsəbəsində 23 yaşlı gəncə sahibsiz it hücum edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəsəbə sakini 2002-ci il təvəllüdlü Ülvi Qasımzadə küçədə gəzərkən itin hücumuna məruz qalıb.
Nəticədə o, müxtəlif nahiyələrindən xəsarət alıb. Dərhal tibbi yardım göstərilən zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun sağ said və baldır nahiyəsində dişləmə yaraları aşkarlanıb.
Hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта