AZ

Cəlilabadda 56 yaşlı qadın sahibsiz itlərin hücumuna MƏRUZ QALDI

Cəlilabad rayonunun Kazımabad kəndində 56 yaşlı qadını sahibsiz itlər dişləyib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü Rəhilə Əsgərova kənd ərazisində hərəkətdə olarkən bir neçə sahibsiz itin hücumuna tuş gəlib.
Hücum nəticəsində qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerində olan kənd sakinləri ona kömək edərək itlərin əlindən xilas ediblər.
 

Zərərçəkmiş qadın dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.


TƏBİB-in verdiyi məlumata əsasən, qadının sol ayağında geniş ölçülü cırılmış və dişlənmiş yaralar aşkarlanıb. Lazımi tibbi müdaxilələrdən sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Hazırda qadının müalicəsi ev şəraitində davam etdirilir.

Qeyd edək ki, rayon ərazisində sahibsiz itlərin sayı kifayət qədər artaraq ciddi təhlükə mənbəyinə çevrilib.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
11
bizim.media

10Mənbələr