Lənkəran rayonunun Cil kəndində baş verən bədbəxt hadisə nəticəsində yeniyetmə oğlan xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü M.Talıbov ev şəraitində laqunda ilə işləyərkən ehtiyatsızlıqdan əl barmaqlarını kəsib.
O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə çatdırılıb və cərrahi müdaxilə olunub.
Hazırda yaralı ambulator müalicəyə buraxılıb.