RU

Cəlilabadda məktəbdən qayıdan yeniyetməyə it HÜCUM ETDİ - FOTO

Cəlilabad rayonunda sahibsiz küçə iti yeniyetməyə hücum edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü A. Ə. məktəbdən evə qayıdarkən, günorta saatlarında baş verib.

 

Məktəbli rayon körpüsünü keçərkən arxadan hücum edən it onun qol nahiyəsini dişləyib.


Gözlənilməz hücum nəticəsində özünü itirən yeniyetmə müqavimət göstərə bilməyib.

Yaxınlarının köməyi ilə dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetməyə quduzluq əleyhinə vaksin vurulub və müvafiq tibbi prosedurlar həyata keçirilib.

Yeniyetmənin atasının sözlərinə görə, hadisənin baş verdiyi ərazidə sahibsiz itlər daimi olaraq dolaşır və insanlar üçün ciddi təhlükə yaradır. Onun sözlərinə əsasən, bu cür hücumlar artıq mütəmadi hal alıb.



Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
0
11
bizim.media

10Источники