Macarıstanda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən ziyafətin menyusu yayılıb.
Operativ Media-nın xəbərinə görə, menyunun Azərbaycan dilində tərtib edilməsi diqqət çəkib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Macarıstana səfər edib.
O, ötən gün Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Mayın 21-də isə Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.