AZ

Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını müzakirə edəcək

Aİ Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın Birlikdə səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumat Şuranın rəsmi saytında dərc olunmuş gündəlikdə yer alıb.

Proqrama əsasən, “Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər”.

Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi, ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar olaraq üzv dövlətlərin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasını mümkün edən mexanizmi nəzərdə tutur.

Seçilən
0
50
operativmedia.az

10Mənbələr