AZ

Slovakiya etdiyi yardıma görə Ukraynadan təzminat tələb edəcək

BAKI, 24 may. TELEQRAF

Ölkənin hakim koalisiyasına daxil olan Slovakiya Milli Partiyası (SMP) müharibə dövründə göstərilən yardıma görə Ukraynadan təzminat tələb edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

SMP sədri və Slovakiya parlamentinin vitse-spikeri Andrey Danko bu tələbi maliyyə naziri Ladislav Kameniçkiyə rəsmi şəkildə təqdim etmək niyyətindədir.

Həmçinin SMP Slovakiya Baş naziri Robert Fitsonu Avropa İttifaqı Şurasının növbəti iclasında ABŞ-dən sonra Avropa İttifaqı üçün də Ukraynanın mineral ehtiyatlarına çıxış əldə etmək təşəbbüsü ilə çıxış etməyə çağırıb.

Seçilən
0
2
teleqraf.com

10Mənbələr