BAKI, 15 may. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna tərəfi ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, görüş İstanbuldakı prezident ofisində baş tutub.
Məlumata görə, görüş mətbuata açıqlama verilmədən keçirilib.