RU

Çexiyanın xarici işlər naziri Putini qorxaq adlandırdı

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlardan imtina etməsi Kreml rəhbərinin qorxaqlığının göstəricisidir.

Axar.az xəbər verir ki, bu barədə Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl Çexiyanın xarici işlər naziri Yan Lipavski bəyan edib.

“Bunu ümumiyyətlə sülh danışıqları adlandırmaq olarmı? Putin açıq şəkildə qorxur. O, İstanbul görüşünə ideoloji fiqurlardan birini göndərdi. Bu isə artıq onun bu məsələyə münasibətinin, yəni o qədər də müsbət olmadığının – siqnalıdır”, - nazir deyib.
Избранный
0
1
sherg.az

10Источники