AZ

Lavrov Zelenskini “aciz insan” adlandırdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ifadələr işlədib. O, Zelenskinin Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarında iştirakına dair tələblərini tənqid edib.

Sitat.info  xəbər verir ki, Lavrov Zelenskini “aciz insan” adlandırıb və onun çıxışlarının ciddiyə alınmamalı olduğunu bildirib.

Bununla yanaşı, Rusiya XİN rəhbəri Qərbin atəşkəs çağırışlarının səmimi olmadığını, bu təşəbbüslərin əslində Kiyev rejimini növbəti hərbi mərhələyə hazırlamaq məqsədi daşıdığını iddia edib.

“Qərb açıq şəkildə göstərir ki, atəşkəs onlar üçün yalnız Ukraynanın silahlanıb döyüşləri davam etdirməsi üçündür”, – deyə Lavrov vurğulayıb.

Seçilən
0
50
sitat.info

10Mənbələr