RU

Qətər Trampa təyyarə hədiyyə etməyəcək - Baş nazir danışdı


Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ABŞ Prezidenti Donald Trampa hədiyyə ediləcəyi deyilən təyyarə barədə danışıb. Baş nazir bildirib ki, Qətər dövləti ABŞ prezidenti Donald Trampa “Boeing 747-8” təyyarəsi hədiyyə etməyi planlaşdırmır, hava gəmisinin rəsmi səviyyədə ona təhvil verilməsi müzakirə edilir.

“Bu, çox sadə hökumətlərarası sazişdir. Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi bizim təyyarələrimizdən birinin Air Force One (Bir nömrəli təyyarə - Qeyd) kimi istifadəyə verilməsi imkanını müzakirə edir. Bu məsələ hüquqi ekspertiza mərhələsindədir”, - deyə Al Tani bildirib. Baş nazir qeyd edib ki, təyyarənin qanunsuz olduğu aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək.

Mətləb

Избранный
0
50
baki-xeber.com

10Источники