RU

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.***Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.Metbuat.az APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir.Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
5
metbuat.az

10Источники