AZ

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib - Yenilənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib...

Bu barədə Poliqon-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

Daşkəsəndə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Oxu.Az xəbər verir ki, 39 yaşlı Elvin Əliyev, onun həyat yoldaşı 35 yaşlı Aygün Əliyeva və 8 yaşlı övladları yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

 

Seçilən
0
8
poliqon.info

10Mənbələr