RU

Lənkəranda avtomobilin vurduğu piyada Bakıya aparılarkən yolda ölüb

Lənkəranda avtomobilin vurduğu qadın Bakıya aparılarkən yolda ölüb.

Hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndindən keçən hissəsində baş verib. Belə ki, Lənkəran rayonunun Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirova avtobusdan düşüb yolu keçəndə Ruslan Elşən oğlu Ağayev idarə etdiyi "Audi" markalı avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona beyinin ənsə payının böyük həcmli yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub və ilkin reanimasion tədbirlərdən sonra paytaxt xəstəxanalarından birinə yola salınıb. Lakin vəziyyəti ağır qiymətləndirilən yaralı yolda ölüb.

Избранный
0
2
demokrat.az

3Источники