RU

Xabi Alonso “Real”da yeni heyət qurmağa başlayır

"Real Madrid"ə yeni baş məşqçisi Xabi Alonso növbəti mövsümdə Kilian Mbappe və Vinisius Junior cütlüyündən istifadə etmək niyyətindədir.

90deqiqe.Az “Cadena Ser”ə istinadən xəbər verir ki,  43 yaşlı mütəxəssis 5-3-2 və ya 4-4-2 taktiki sxemləri ilə komandaya rəhbərlik etməyi düşünür.

 Alonso hücumçu Rodriqo Qoesi gələn yay satmağa hazırdır, çünki ispan mütəxəssisi onun gələcək planlarına daxil etməyib. Bununla yanaşı, Alonso “Los Blancos”dan yarımmüdafiəçi Luka Modriç və sağ cinah müdafiəçisi Lukas Vaskesin gələcəyini də nəzərdən keçirir.

Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.

Избранный
0
38
90deqiqe.az

10Источники