Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Real Madrid” PSJ-nin futbolçusu Dezire Duenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Real” Rodriqonun klubdan ayrılacağı təqdirdə yeni futbolçu transfer etmək istəyir. "Fichajes"də dərc edilən xəbərə görə, “Real” Dezire Duen üçün 100 milyon avro ödəməyə razılıq verib.
Qeyd edək ki, Rodriqonun “Real”dan ayrılmaq istədiyi barədə xəbərlər dərc edilib. “Arsenal” və “Mançester Siti” klublarının futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür. “Real”ın Rodriqo üçün 100 milyon avro tələb etdiyi iddia edilir. Dezire Duen bu mövsüm PSJ-nin heyətində 49 oyunda iştirak edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.