Bakı. Trend:
Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzininpediatrı Aynur Adıgözəlova Nazirliyin rəsmi saytına müsahibəverib.
Trendhəmin müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, valideynləri ən çox narahat edənmövzulardan biri vitamin çatıșmazlığıdır. Aynur xanım, vitamin vəminerallar bizə nə üçün bu qədər vacibdir?
- İnsan orqanizmi hər gün dəri, əzələ və sümük toxuması sintezedir. Zəngin qırmızı qan yaradaraq, orqan və toxumalar oksigen vəqidalı mühitlə təmin olunur. Sinir impulslar vasitəsilə beyinəinformasiya göndərərək, orqanların normal funksiyasını həyatakeçirir. Orqanizm qida ilə aldığı bütün maddələri tikinti materialıvə enerji mənbəyi kimi istifadə edir. Bu proses həyat sürdükcədavam edir.
Mübadilə prosesi iki istiqamətdə gedir - anabolik və katabolik.Anabolik tip mübadilədə daha sadə komponentlər birləşərək, mürəkkəbmolekullar yaradır və həmin birləşmələr hüceyrənin tikintisindəistifadə olunur. Məsələn, aminturşular birləşərək, zülal yaradır.Katabolik tip mübadilə isə, əksinə, daha mürəkkəb birləşmələriniparçalayaraq, enerji mənbəyi kimi orqanizmi təmin edir.
Bu iki reaksiya müştərək işləyir, yəni orqanizm eyni anda həmparçalayır, həm də yenidən yaradır. Bu yenidənqurma işlərindəistifadə olunan məhsulların bəziləri orqanizm özündən sərf etsə də,bir qrupunu mütləq şəkildə ətraf mühitdən almalıdır.
Uşaqlarda anabolik tip mübadilə üstünlük təşkil edir. Uşaqorqanizmi dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyininkişafı, hormonal təkamül prosesləri və s. amillər hələ tamformalaşmamış gənc orqanizm üçün dayanmadan tikinti materialı,köməkçi vasitələr, o cümlədən də vitaminləri tələb edir. Busəbəbdən də, biz uşaqlarda vitamin və mineral balansını qorumağaçalışırıq.
- Hansı vitaminlər uşaq orqanizmi üçün dahafaydalıdır?
- Vitaminlər yaşam üçün lazım olan kimyəvi birləşmələrdir.Vitaminlər və minerallar qida zəncirində əvəzolunmaz yerəsahibdirlər.
İki qrup vitaminlər var: suda və yağda həll olan vitaminlər.Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həllolunanlara isə A, K, D və E vitaminləri aiddir.
Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var. C vitamini bir çoxhəyati vacib mübadilə proseslərində iştirak edir və güclüantioksidantdır. Bu vitamin birləşdirici toxuma, kollagen sintezinivə qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitinəlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. Bqrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyasıvə maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümükiliyi səviyyəsində qırmızı qan hüceylərinin yaranmasında iştirakedən vacib faktordur. D vitamini sümüklərin formalaşmasında və Camübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunanlaxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. Avitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçininantioksidantdır.
Eyni zamanda, bəzi vitaminlər hormonal balansı da tənzimləyir.Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir.Minerallarla birlikdə onlar bir çox proseslərin gedişatına təsirgöstərir.
- Uşaqlarda vitamin çatışmazlığını necə müəyyənləşdirməkvə nələrə diqqət etmək lazımdır?
- Uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdənasılıdır. Xarici amil, qida vasitəsilə vitamin təminatınınpozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, dahaçox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ətməhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılmasısəbəbindən tərkibinin pozulması və s. amillər vitaminçatmamazlığına yol aça bilər.
Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərinorqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, yamədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrəsəviyyəsində mineral mübadilənin pozulmasıdır.
- Mədə-bağırsaq traktının xəstəlikləri dedikdə nəyinəzərdə tutursunuz?
- Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusimaddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həminzülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətiribçıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti varvə bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən, mədəturşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir.Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədərödün sintez olunmaması, qaraciyərin finksiyasının, bu da yağda həllolan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur.
- Qurd xəstəlikləri də vitamin çatışmazlığına səbəbolur?
- Qeyd etmək istərdim ki, lyamblya törədicilərinin xüsusiyyətibağırsaq xovlarını zədələməkdir. Bütün qidalı elementlərin bağırsaqxovlarından sovrulduğunu nəzərə alsaq, bu halda zədə almış bağırsaqheç bir işə yaramır. Yəni, uşaq nə qədər zəngin qida alırsa alsın,vitamin və mineralların sovrulması pozulur.
Digər tərəfdən, qurd invaziyaları da canlı orqanizm olduğuna görəlazımı qidalı mühiti özünün çoxalması üçün sərf edir.
- Vitamin çatıșmazlığı özünü necə büruzəverir?
- Bəzən yüngül gedişatlı vitamin çatıșmazlığı dəqiq diaqnozqoymağa müəyyən çətinlik yaradır. Bu zaman aparıcı sindromu nəzərəalıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etməklazımdır.
Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər bizəqanazlığı ilə uşaq müraciət edibsə, biz həmçinin dəmir çatışmazlığıda nəzərə almalıyıq. Bu halda, bizim ilk addımımız qanda B12 iləyanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdəmədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq.
Adətən yüngül gedişatlı hipovitaminozlar özünü anemiya,yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi,dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərləbüruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaqçətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatıvar.
- Hipovitaminozu necə müalicə etmək olar?
- Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi birdövrdə süni yolla vitamin qəbul edilməsi məqsədəuyğun deyil. Meyvəvə tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasınıtəmin edəcək. Lakin qida qəbulu zamanı onun necə, harada, hansıtemperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var.
Həmçinin, təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəmvermək çox vacibdir. Meyvə şirəsi çıxarıldıqdan dərhal sonraiçilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tezparçalanmaq xüsusiyyətinə malikdirlər. Meyvə və tərəvəzlər nə qədərçox qaynadılarsa, o qədər çox tərkibi məhv olar.
Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddətərzində qaynadıqda qida maddələri ilə zənginləşir. Məsələn, yerköküaz odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimimühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm,brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibidaha xeyirli olur.
Ümumiyyətlə, valideynlərə uşaqlarına hazırladığı bütün yeməkləriyavaş odda bişirmək tövsiyə olunur.
- Hansı qidalar vitaminlərlə zəngindir?
- Yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərikBeta-karotin ilə zəngindirlər. Eyni zamanda, D vitamini iləzəngindirlər süd, balıq yağı və qaraciyər, E vitamini ilə isəqarğıdalı, günəbaxan və çaytikanı yağları. Bundan əlavə, yaşılyarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar,göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü Bqrupuna aid olan vitaminlərlə zəngindirlər.
- Vitaminlər ancaq qida ilə əldə olunur, yoxsa bədən özüdə onları sintez edir?
- Təəssüf ki, yalnız D vitamini, əgər zəngin günəş enerjisiolarsa, dəridə sintez olunur. Müəyyən dərəcədə A və K vitaminləriorqanizm tərəfindən sintez oluna bilər. Bu səbəbdən də, uşaqlarınqidalanmasına diqqət yetirilməlidir ki, onlar gündəlik rasionundalazım olan tələbatı ala bilsinlər. Xüsusilə suda həll olanvitaminlər tez bir zamanda tükənir. Buna görə də, onların daimqəbul olunması şərtdir. Yağda həll olan vitaminlərin qaraciyərdədepolanmaq xüsusiyyəti var.
Son olaraq onu qeyd edim ki, qışa yaydan zəmin yaratmağabaşlayın. Səhər saatlarında günəş vannası və bol-bol meyvə-tərəvəzqəbul etməklə, uşaq orqanizmini qüvvətləndirmək olar.