RU

İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq

İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.

Bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.

Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:

"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.

Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.
Избранный
0
13
sherg.az

10Источники