İsrail səfirinin Azərbaycandakı səlahiyyət müddəti yayda başa çatacaq. İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:
"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - o vurğulayıb.
Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta