RU

“Real”ın KDÇ planı açıqlandı: Alonso və 3 yeni transfer

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso klublararası dünya şempionatı başlamazdan əvvəl “Real”ın sükanı arxasına keçəcək.

Publika.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı mütəxəssis iyunun 1-də Madrid klununa baş məşqçi təyin olunacaq. Onunla birlikdə komandaya üç yeni futbolçu qoşulacaq: Trent Aleksander-Arnold, eləcə də mərkəz və sol cinah müdafiəçiləri. Hər üçü klubla birlikdə ABŞ-də təşkil olunacaq mundiala yollanacaq.

Yenilənmiş klublararası dünya çempionatı ABŞ-da 14 iyun – 13 iyul tarixlərində keçiriləcək.

Избранный
0
25
publika.az

10Источники