"Bayer"in baş məşqçisi Xabi Alonso tezliklə Leverkuzen klubundan ayrılacağını təsdiqləyib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.
"Qarşıdakı oyunların "Bayer"in sükanı arxasında sonuncu oyunu olacağını bildirməyin vaxtıdır"
Daha əvvəl ispan mütəxəssisin "Real Madrid"in baş məşqçisi postunda Karlo Ançelottini əvəzləyəcəyi barədə məlumatlar yayılmışdı.
Xabi Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Onun rəhbərliyi altında "Aspirin" komandası ötən mövsüm Almaniya çempionu olub və Almaniya kubokunu qazanıb. İspaniyalı əvvəllər “Real Sosyedad”ın gənclər və əvəzedici komandalarını çalışdırıb.