RU

“Qalatasaray” “Trabzonspor”u məğlub etdi

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray” ilə qarşılaşıb. 

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.

Bu nəticədən sonra xallarını 86-ya çatdıran “Qalatasaray”  turnir cədvəlinin lideridir. Meydan sahibləri isə 46 xalla səkkizinci yerdədir.

Избранный
0
7
qafqazinfo.az

10Источники