Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.
Milli.Az xəbər verir ki, "Trabzonspor" evdə "Qalatasaray"ı qəbul edib.
Görüş "Cim-bom"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolların müəllifi Abdulkerim Bardakçı və Alvaro Morata olub.
Xallarını 86-ya çatdıran "Qalatasaray" turnir cədvəlinin lideridir. "Trabzonspor" isə 46 xalla səkkizinci yerdədir.
Milli.Az