RU

Masallıda “Prado” AŞIB – Sürücünün azyaşlı övladları və qohumu HƏYATINI İTİRİB

Xəbər verdiyimiz kimi Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda dəhşətli QƏZA – Ölən və yaralananlar var - FOTO


Məlumatda qeyd edilib ki, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
0
50
bizim.media

10Источники