AZ

Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu məlumat verir ki,hadisə İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı “VAZ 2104” markalı minik avtomobili, yük avtomobili və bir motosiklet toqquşub. Nəticədə motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Seçilən
0
50
report.az

10Mənbələr