AZ

Biləsuvarda motosiklet və minik avtomobili TOQQUŞDU – Xəsarət alan var

Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindən keçən Biləsuvar-Bəhrəmtəpə yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Ramin Nizaməli oğlu Məlikovun idarə etdiyi motosiklet VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Məlumata əsasən, Lənkəran şəhərində yaşayan Ramin Məlikov həmin motosikleti Gəncədən alaraq evinə aparırmış. Qəza da bu zaman baş verib.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
0
50
bizim.media

10Mənbələr