Bakı. Trend:
Dünyanın ən böyük kriptovalyutası bu gün Sinqapurda 3,2 faizartaraq 97 500 dollara çatıb.
Trend“Bloomberg”ə istinadən xəbər verir ki, ikinci yerdə qərarlaşan“Ethereum” kriptovalyutası 4,2 faiz bahalaşıb. Müsbət dinamikayaABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların aparılmasıilə bağlı xəbərlər səbəb olub.
ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsiCeymisson Qrir bu həftə İsveçrədə Çin hökuməti ilə görüşkeçirəcəklər. Bu barədə xəbər investorlara ümid verib ki, dünyanıniki ən böyük iqtisadiyyatı razılığa gələ və ticarət gərginliyiniazalda biləcək. Hindistan ilə Pakistan arasında münaqişə aktivfazaya keçib, lakin ticarətçilər bunu elə də çox hiss etmirlər.
İnvestorların riskli aktivlərə marağı artır, - deyə“Bloomberg”in sorğusunda iştirak edən ekspertlər göstərir. Bu, ABŞilə Çin arasında ticarət dialoqunun bərpası ilə bağlıdır. Qlobalsəhmlər yüksəlir, qızıl ucuzlaşır, dollar isə cüzi yüksəlişgöstərir – bunlar riskli aktivlərin alınmasının klassik şərtləri vəkriptovalyuta bazarları üçün əlverişli mühitdir.
Daha əvvəl rəqəmsal aktivlərə şübhə ilə yanaşan, lakin vəzifəyəqayıdan anda mövqeyini dəyişən ABŞ Prezidenti Donald Trampınkriptovalyuta siyasətinə dair optimizmi fonunda bitkoin yanvarayında rekord qiymətə - 109 241 dollara çatıb. Amma ABŞ-a idxalolunan mallara tariflər siyasəti onun daha da ucuzlaşmasına səbəbolub.