AZ

ABŞ-Çin danışıqları bitkoini bahalaşdırdı

Dünyanın ən böyük kriptovalyutası bu gün Sinqapurda 3,2 faiz artaraq 97 500 dollara çatıb.

Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, ikinci yerdə qərarlaşan “Ethereum” kriptovalyutası 4,2 faiz bahalaşıb. Müsbət dinamikaya ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların aparılması ilə bağlı xəbərlər səbəb olub.

ABŞ maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymisson Qrir bu həftə İsveçrədə Çin hökuməti ilə görüş keçirəcəklər. Bu barədə xəbər investorlara ümid verib ki, dünyanın iki ən böyük iqtisadiyyatı razılığa gələ və ticarət gərginliyini azalda biləcək. Hindistan ilə Pakistan arasında münaqişə aktiv fazaya keçib, lakin ticarətçilər bunu elə də çox hiss etmirlər.

Seçilən
0
5
axar.az

7Mənbələr