İspaniyanın "Barselona" klubunun müdafiəçisi İniqo Martines cəzalandırıla bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı arxa xətt oyunçusu ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə (3:4) cavab matçında rəqib futbolçuya tüpürdüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzədir.
Bu davranışına görə futbolçu 4 oyuna qədər cəzalana bilər. Belə hərəkətlər UEFA-nın nizam-intizam qaydalarına əsasən "ciddi qeyri-idman davranışı" kimi nəzərə alınır.
Qeyd edək ki, 2004-cü ildə Françesko Totti Dane Poulsenə tüpürdüyünə görə 3 oyunluq cəzalanıb.