EN

"Barselona"nın müdafiəçisi qeyri-etik hərəkətinə görə cəzalandırıla bilər

İspaniyanın "Barselona" klubunun müdafiəçisi İniqo Martines cəzalandırıla bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı arxa xətt oyunçusu ötən gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə (3:4) cavab matçında rəqib futbolçuya tüpürdüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzədir.

Bu davranışına görə futbolçu 4 oyuna qədər cəzalana bilər. Belə hərəkətlər UEFA-nın nizam-intizam qaydalarına əsasən "ciddi qeyri-idman davranışı" kimi nəzərə alınır.

Qeyd edək ki, 2004-cü ildə Françesko Totti Dane Poulsenə tüpürdüyünə görə 3 oyunluq cəzalanıb.

Chosen
0
report.az

1Sources