RU

Azərbaycan Milli Məclisi ilə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş ƏrəbƏmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonratərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimiolub.

Parlamentdən Trend-ə verilən xəbərə görə, Azərbaycan RespublikasıMilli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasıarasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – SahibəQafarova və Saqr Qobaş imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi –koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağaimkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmətedəcək.

Избранный
0
14
az.trend.az

10Источники