AZ

Milli Məclislə BƏƏ Federal Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.

Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi - koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

  • Milli
  • Milli
Seçilən
0
14
xezerxeber.az

10Mənbələr