AZ

Milli Məclis ilə BƏƏ Federal Milli Şurası arasında memorandum imzalandı - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub.
 
Teleqraf xəbər verir ki, memorandumu iki ölkənin spikerləri - Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
 
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi - koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Seçilən
0
14
moderator.az

10Mənbələr