RU

Tramp: ABŞ iki dünya müharibəsində qalib gəlib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Prezident Donald Tramp bildirib ki, İkinci Dünya Müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə olunub. Əks halda, nəticə başqa cür olardı.

Bizimyol.info xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

“Biz iki dünya müharibəsində qalib gəlmədik, amma heç vaxt buna görə borc götürmədik – hamı bunu edir! Bütün dünyada Müttəfiqlər İkinci Dünya Müharibəsində Qələbəmizi qeyd edirlər. Bayramı qeyd etməyən yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır və bu qələbə yalnız bizim sayəmizdə əldə olunub”, - deyə Tramp yazıb.

O, hesab edir ki, ABŞ olmasaydı, başqa ölkələr müharibədə qalib gələrdi və milli bayram elan etdiyini bildirib. “Birləşmiş Ştatlar olmasaydı, başqa ölkələr müharibədə qalib gələrdi və dünya çox fərqli bir yer olardı. Ona görə də 1918-ci il noyabrın 11-də barışıq müqaviləsi imzalanmış Birinci Dünya müharibəsində və 1945-ci il mayın 8-də qələbə qazanılmış İkinci Dünya Müharibəsində qazanılan qələbənin şərəfinə ümumxalq bayramı elan edirəm”, - deyə Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, ölkə bu iki gün ərzində “qapalı” olmayacaq, çünki Amerikada artıq çoxlu istirahət günləri var. “Əvəzində amerikalılar əvvəlki kimi işləyəcəklər. İldə kifayət qədər istirahət günləri var və bndan artığına ehtiyac yoxdur”, - deyə yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
0
3
icma.az

4Источники