Prezident Donald Tramp bildirib ki, İkinci Dünya Müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə olunub. Əks halda, nəticə başqa cür olardı. Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz iki Dünya Müharibəsində qalib gəldik, lakin heç vaxt buna görə tərif götürmədik - hamı bunu edir! Bütün dünyada Müttəfiqlər İkinci Dünya Müharibəsində Qələbəmizi qeyd edirlər. Bayramı qeyd etməyən yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır və bu qələbə yalnız bizim sayımızla əldə olunub", - Tramp yazıb.
O, hesab edir ki, ABŞ olmasaydı, başqa ölkələr müharibədə qalib gələrdi və milli bayram elan etdiyini bildirdi.
"ABŞ olmasaydı, başqa ölkələr müharibədə qalib gələrdi, dünya isə tamam başqa yer olardı. Buna görə də mən 1918-ci il noyabrın 11-də imzalanmış Birinci Dünya Müharibəsində və 8 May 1945-ci ildə İkinci Dünya Müharibəsində qazanılan qələbələrin şərəfinə milli bayram elan edirəm", - Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, ölkə bu iki gün ərzində “qapalı” olmayacaq, çünki Amerikada artıq çoxlu istirahət günləri var. Əvəzində amerikalılar əvvəlki kimi işləyəcəklər.
"İldə bayram və həftə sonları üçün günlər az olur. Biz o vaxt fəhlə idik, indi də fəhləyik", - deyə o, yekunlaşdırıb.
Almaz Həsənli