AZ

Tramp 9 May Qələbə Gününü ABŞ-da milli bayram elan etdi 

Prezident Donald Tramp İkinci Dünya Müharibəsində qələbənin yalnız ABŞ sayəsində əldə olunduğunu iddia edib. Əks halda, nəticə başqa cür olardı.

Ölkə.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp “Truth sosial” şəbəkəsində yazıb.

"Biz iki dünya müharibəsində qalib gəldik, amma heç vaxt bunu öz adımıza yazmadıq. Hansı ki, hamı bunu edir! Bütün dünyada müttəfiqlər İkinci Dünya müharibəsində qələbəmizi qeyd edirlər. Bunu qeyd etməyən yeganə ölkə Amerika Birləşmiş Ştatlarıdır və bu qələbə yalnız bizim sayəmizdə əldə olunub", - Tramp yazıb.

O, ABŞ olmasaydı, başqalarının qalib gələcəyini və indiki dünyanın fərqli olacağını vurğulayıb. Ağ Evin rəhbəri qələbələri milli bayram elan etdiyini də açıqlayıb.

"ABŞ olmasaydı, başqa ölkələr müharibədə qalib gələrdi və dünya tamam başqa cür olardı. Ona görə də 1918-ci il noyabrın 11-də barışıq sazişi imzalanan Birinci Dünya müharibəsindəki və 1945-ci il mayın 8-də İkinci Dünya müharibəsində qazanılan qələbələrin şərəfinə milli bayram elan edirəm", - Ağ Ev rəhbəri yazıb.

Tramp əlavə edib ki, bayram günləri istirahət günü yox, iş günləri olacaq.

“İldə bayram və həftə sonları üçün günlər çatmır. Biz o vaxt fəhlə idik, indi də fəhləyik”, - deyə o yekunlaşdırıb.

Mürtəza
Ölkə.az

Seçilən
0
3
olke.az

4Mənbələr