RU

İsrail hökuməti Qəzzaya yeni hücum planını təsdiqləyib

Bazar ertəsi gecə İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında Fələstin anklavını işğal etmək imkanını da əhatə edən hərbi əməliyyatı genişləndirmək planlarını təsdiqləyib.

Herbiand.az xəbər verir ki, bu barədə “Ynet” portalı siyasi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, plana digər məsələlərlə yanaşı, Qəzza zolağının işğalı və ərazisinin saxlanması, mühafizəsi üçün anklavın əhalisinin cənuba köçürülməsi, radikal HƏMAS hərəkatının humanitar yardımı paylamaq imkanından məhrum edilməsi və radikallara qarşı güclü hücumların həyata keçirilməsi daxildir.

İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın Teleqram kanalında verdiyi məlumata görə, “plana Qəzzada ərazilərin ələ keçirilməsi və saxlanması, təhlükəsizliyi üçün mülki əhalinin cənuba köçürülməsi, HƏMAS-ın humanitar yardım almaq imkanından məhrum edilməsi, terrorçuların infrastrukturuna və komanda məntəqələrinə kütləvi zərbələr endirilməsi daxildir”.

"Hərbi-siyasi kabinet Qəzzada HƏMAS-ın tamamilə məhv edilməsi və israilli girovların əsirlikdən geri qaytarılması üçün Baş Qərargah rəisi tərəfindən təqdim edilən əməliyyat planını yekdilliklə təsdiqləyib", - o əlavə edib.

O, planın baş nazir Benyamin Netanyahunun son aylarda səsləndirdiyi hədəflərə tam uyğun olduğunu qeyd edib. Gendelmanın sözlərinə görə, hökumət başçısı hərbi-siyasi kabinetin iclasında planı “real və effektiv” adlandırıb, çünki o, “bizə iki əsas məqsədə nail olmağa – HƏMAS-ı məğlub etmək və girovları qaytarmağa imkan verir”.

Избранный
0
1
herbiand.az

2Источники