AZ

İsrail Nazirlər Kabineti Qəzzanın işğalına icazə verən planı təsdiqlədi – “Ynet”


İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında Fələstin anklavının işğalı ehtimalını ehtiva edən hərbi əməliyyatı genişləndirmək planını təsdiqləyib.
Yeniavaz.com
“Ynet” portalına istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, plana digər məsələlərlə yanaşı, Qəzza zolağının işğal edilməsi, əhalinin təhlükəsizliyi üçün cənuba köçürülməsi, HƏMAS hərəkatının humanitar yardım almaq imkanından məhrum edilməsi və təşkilata qarşı güclü hücumların həyata keçirilməsi daxildir.
“Hərbi-siyasi kabinet Qəzzada HƏMAS-ın tamamilə məhv edilməsi və israilli girovların əsirlikdən geri qaytarılması üçün Baş Qərargah rəisi tərəfindən təqdim edilən əməliyyat planını yekdilliklə təsdiqləyib”, - o, bildirib.
Gendelman həmçinin planın İsrail Baş naziri Benyamin Netanyahunun son aylarda səsləndirdiyi hədəflərə tam uyğun olduğunu qeyd edib.
Gendelmanın sözlərinə görə, hökumət başçısı hərbi-siyasi kabinetin iclasında bu planı realist və effektiv adlandırıb, çünki o, bizə iki əsas məqsədə nail olmağa – HƏMAS-ı məğlub etməyə və girovları qaytarmağa imkan verir.
Seçilən
0
1
yeniavaz.com

2Mənbələr