İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.
Viral.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb.
Elandakı nömrələrin qiyməti 4000-36000 manat aralığındadır.
Son Yazılar:
- 36000 manatlıq mobil nömrələr hərraca çıxarılır
- Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?
- Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər
Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.
Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.