AZ

Azərbaycanda 36 000 manatlıq mobil nömrələr hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.

 

Pravda.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

 

Elandakı nömrələrin qiyməti 4 000-36 000 manat aralığındadır.

 

Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nin Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidirlər.

 

Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

 

Tarix: 29 Aprel 2025, 13:28   
Seçilən
0
16
pravda.az

10Mənbələr