AZ

Azərbaycanda 36000 manatlıq mobil nömrələr satılır - SİYAHI

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.


Bu barədə qurumun saytında məlumat paylaşılıb.


Elandakı nömrələrin qiyməti 4000-36000 manat aralığındadır.


Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nın Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidir.


Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.




Seçilən
0
16
referans.az

10Mənbələr